Super Liqa: “Qalatasaray”la “Adana Dəmirspor” evdə xal itirdi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 11-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

“Kasımpaşa” doğma meydanda “Kayserispor”a minimal hesabla uduzub. “Adana Dəmirspor” – “Konyaspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Qalatasaray” da “Alanyaspor”la ev oyunundan xal itkisi ilə ayrılıb.

11-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
11-ci tur
21 oktyabr

Antalyaspor – İstanbulspor 2:1
Qol: Fernando, 45+2. V.Sarı, 90+7 – Mehremiç, 26.

22 oktyabr

Ümraniyəspor – Fatih Karagümrük 1:3
Qol: U.Nayir, 3 – Biraski, 8. Diaqne, 55. Borini, 90+1.

Trabzonspor – Sivasspor 1:0
Qol: Hamşik, 9.

Fənərbaxça – Başakşəhər 1:0
Qol: D.Rossi, 84.

23 oktyabr

Kasımpaşa – Kayserispor 0:1
Qol: Tiam, 43.

Adana Dəmirspor – Konyaspor 1:1
Qol: Akintola, 32 – Diuf, 22.

Qalatasaray – Alanyaspor 2:2
Qol: Mertens, 11. İkardi, 22 – Balkoveç, 68. Koka, 90+1.

24 oktyabr

21:00. Girəsunspor – Ankaragücü
21:00. Hatayspor – Beşiktaş

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: