Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Girəsunspor” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. Səfərdə “Hatayspor”la qarşılaşan “Beşiktaş” isə turu məğlubiyyətlə başa vurub.
Beləliklə, 11 turdan sonra 23 xala malik “Fənərbaxça” vahid liderdir. “Adana Dəmirspor” 22 xalla ikinci, “Trabzonspor” isə 21 xalla üçüncüdür. “Başakşəhər”in 20, “Beşiktaş”ın 19-cu, “Qalatasaray”ın 18 xalı var.
Türkiyə Super Liqası
11-ci tur
21 oktyabr
Antalyaspor – İstanbulspor 2:1
Qol: Fernando, 45+2. V.Sarı, 90+7 – Mehremiç, 26.
22 oktyabr
Ümraniyəspor – Fatih Karagümrük 1:3
Qol: U.Nayir, 3 – Biraski, 8. Diaqne, 55. Borini, 90+1.
Trabzonspor – Sivasspor 1:0
Qol: Hamşik, 9.
Fənərbaxça – Başakşəhər 1:0
Qol: D.Rossi, 84.
23 oktyabr
Kasımpaşa – Kayserispor 0:1
Qol: Tiam, 43.
Adana Dəmirspor – Konyaspor 1:1
Qol: Akintola, 32 – Diuf, 22.
Qalatasaray – Alanyaspor 2:2
Qol: Mertens, 11. İkardi, 22 – Balkoveç, 68. Koka, 90+1.
24 oktyabr
Girəsunspor – Ankaragücü 1:1
Qol: Bayiç, 85 – Xese, 69-pen.
Hatayspor – Beşiktaş 2:1
Qol: Ze Luis, 50. K.Kanak, 90 – Veqhorst, 1.


