Bundesliqa: “Bayern” “Maynts”la matçda 3 xalı 6 qolla qazandı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Leypsiq” “Bayer”i, “Ştutqart” “Auqsburq”u, “Volfsburq” isə “Bohum”u məğlub yola salıb.

“Bayern” doğma meydanda “Maynts”la qarşılaşıb. 8 qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər. Dortmund “Borussiya”sı isə “Ayntraxt”la səfər oyunundan qalib ayrılıb.

12-ci tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.

Almaniya Bundesliqası
12-ci tur
28 oktyabr

Verder – Herta 1:0
Qol: Fullkruq, 85.

29 oktyabr

Bayern – Maynts 6:2
Qol: Qnabri, 5. Musiala, 28. Mane, 43. Qoretska, 58. Tel, 79. Şupo-Motinq, 86 – Vidmer, 45+4. İnqvartsen, 82.

Leypsiq – Bayer 2:0
Qol: Nkunku, 32. Verner, 83.

Ştutqart – Auqsburq 2:1
Qol: Jirassi, 15. Anton, 90+1 – Nyederlexner, 4.

Volfsburq – Bohum 4:0
Qol: Nmeça, 27; 58. Baku, 35. Vind, 80.

Ayntraxt – Borussiya (Dortmund) 1:2
Qol: Kamada, 26 – Brandt, 21. Bellingem, 52.

30 oktyabr

18:30. Union Berlin – Borussiya (Mönhenqladbax)
20:30. Şalke – Frayburq
22:30. Köln – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: