Bundesliqa: “Borussiya” “Ştutqart”ı məğlub yola saldı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Ştutqart”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

13-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya Bundesliqası
13-cü tur
4 noyabr

Borussiya (Mönhenqladbax) – Ştutqart 3:1
Qol: Hofmann, 4. Turam, 25. Hermann, 90+4 – T.Tomas, 35.

5 noyabr

18:30. Auusburq – Ayntraxt
18:30. Borussiya (Dortmund) – Bohum
18:30. Herta – Bayern
18:30. Hoffenhaym – Leypsiq
18:30. Maynts – Volfsburq
21:30. Verder – Şalke

6 noyabr

18:30. Bayer – Union Berlin
20:30. Frayburq – Köln

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: