Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 13-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Lider “Bayern” səfərdə “Herta” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb. Dortmund “Borussiya”sı isə doğma meydanda “Bohum”u 3 cavabsız qolla məğlub edib. “Verder” də “Şalke”ni məğlub yola salıb.
“Auqsburq” evdə “Ayntraxt”a, “Hoffenhaym” “Leypsiq”ə, “Maynts” isə “Volfsburq”a məğlub olub.
13-cü tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
13-cü tur
4 noyabr
Borussiya (Mönhenqladbax) – Ştutqart 3:1
Qol: Hofmann, 4. Turam, 25. Hermann, 90+4 – T.Tomas, 35.
5 noyabr
Auqsburq – Ayntraxt 1:2
Qol: Berişa, 1 – Rode, 13. Knauff, 64.
Borussiya (Dortmund) – Bohum 3:0
Qol: Mukoko, 8; 45+2. Reyna, 12-pen.
Herta – Bayern 2:3
Qol: Lukebakio, 40. Selke, 45 – Musiala, 12. Şupo-Motinq, 37; 38.
Hoffenhaym – Leypsiq 1:3
Qol: Rutter, 50 – Nkunku, 17; 57. Olmo, 69.
Maynts – Volfsburq 0:3
Qol: Vimmer, 33. Arnold, 70. Baku, 84.
Verder – Şalke 2:1
Qol: Fullkruq, 30. Dukş, 76. – Dreksler, 89.
6 noyabr
18:30. Bayer – Union Berlin
20:30. Frayburq – Köln


