Futbol üzrə Almaniya 3-cü liqasında 15-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Köln “Viktoriya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Bu, “Ersgebirge”nin cari mövsümdə 8-ci məğlubiyyətidir. Aue təmsilçisi geridə qalan 15 turda cəmi 2 qələbə qazanıb və 5 heç-heçəyə nail ola bilib. “Ersgebirge” hazırda 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


