Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 13-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
Son çempion “Trabzonspor” doğma meydanda “Konyaspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Səfərdə “Qaziantep”lə qarşılaşan “Kayserispor” 3 xala sevinən tərəf olub. “Antalyaspor” da “Fatih Karagümrük”lə ev oyununda 0:2 geri düşməsinə baxmayaraq, sonda əzmkar və inamlı qələbəyə sevinib.
13-cü tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Türkiyə Super Liqası
13-cü tur
4 noyabr
Kasımpaşa – Ankaragücü 1:1
Qol: Koyta, 58 – Xaçicovanis, 85.
Ümraniyəspor – Alanyaspor 3:1
Qol: U.Nayir, 21; 70. Geraldo, 38 – Eduardo, 56.
5 noyabr
Girəsunspor – İstanbulspor 3:2
Qol: A.Uludağ, 45+2. Kampuzano, 48. Mejia, 56 – Ethemi, 18. J.Topallı, 87.
Qalatasaray – Beşiktaş 2:1
Qol: İkardi, 18; 59 – C.Tosun, 28.
6 noyabr
Qaziantep – Kayserispor 1:2
Qol: F.Soyalp, 52 – O.Kemen, 41. R.Çivelek, 89.
Antalyaspor – Fatih Karagümrük 4:2
Qol: Rayt, 35. G.Vural, 41; 82. V.Sarı, 45+2 – Kolli, 4. Diaqne, 19.
Trabzonspor – Konyaspor 2:2
Qol: Bakasetas, 14-pen. Trezeqe, 27-pen – Diuf, 45+8; 54.
7 noyabr
21:00. Fənərbaxça – Sivasspor
21:00. Hatayspor – Başakşəhər


