Super Liqa: “Fənərbaxça” qalib gəldi, “Başakşəhər” xal itirdi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 13-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Lider “Fənərbaxça” doğma meydanda “Sivasspor”u minimal hesabla üstələyib. Altı qolun qeydə alındığı “Hatayspor” – “Başakşəhər” matçında isə qalib müəyyənləşməyib.

Beləliklə, 13 turdan sonra 29 xala malik “Fənərbaxça” vahid liderdir. “Başakşəhər”lə “Qalatasaray”ın 24, “Adana Dəmirspor”la “Kayserispor”un 23 xalı var. “Beşiktaş”la “Trabzonspor” isə 22 xal toplayıb.

Türkiyə Super Liqası
13-cü tur
4 noyabr

Kasımpaşa – Ankaragücü 1:1
Qol: Koyta, 58 – Xaçicovanis, 85.

Ümraniyəspor – Alanyaspor 3:1
Qol: U.Nayir, 21; 70. Geraldo, 38 – Eduardo, 56.

5 noyabr

Girəsunspor – İstanbulspor 3:2
Qol: A.Uludağ, 45+2. Kampuzano, 48. Mejia, 56 – Ethemi, 18. J.Topallı, 87.

Qalatasaray – Beşiktaş 2:1
Qol: İkardi, 18; 59 – C.Tosun, 28.

6 noyabr

Qaziantep – Kayserispor 1:2
Qol: F.Soyalp, 52 – O.Kemen, 41. R.Çivelek, 89.

Antalyaspor – Fatih Karagümrük 4:2
Qol: Rayt, 35. G.Vural, 41; 82. V.Sarı, 45+2 – Kolli, 4. Diaqne, 19.

Trabzonspor – Konyaspor 2:2
Qol: Bakasetas, 14-pen. Trezeqe, 27-pen – Diuf, 45+8; 54.

7 noyabr

Fənərbaxça – Sivasspor 1:0
Qol: Valensia, 55.

Hatayspor – Başakşəhər 3:3
Qol: B.Yıldırım, 12. El Kaabi, 75. Ze Luis, 81 – Traore, 60. Aleksiç, 60. S.Gürler, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: