Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 15-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Maynts” – “Ayntraxt” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olmuş “Frayburq” isə mövsümün digər sürpriz komandası “Union Berlin”lə oyunda darmadağına sevinib.
Beləliklə, 15 turdan sonra 34 xala malik “Bayern” vahid liderdir. “Frayburq” 30 xalla ikinci, “Leypsiq” 28 xalla üçüncüdür. “Ayntraxt”la “Union Berlin”in 27 xalı var. Dortmund “Borussiya”sı isə 25 xalla altıncı pillədə qərarlaşıb.
Almaniya Bundesliqası
15-ci tur
11 noyabr
Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 4:2
Qol: Hofmann, 4. Bensebaini, 26. Turam, 30 – Brandt, 19. Şlotterbek, 40.
12 noyabr
Auqsburq – Bohum 0:1
Qol: Adjey, 58.
Bayer – Ştutqart 2:0
Qol: Diabi, 30. Ta, 82.
Herta – Köln 2:0
Qol: Kanqa, 9. Rixter, 54.
Hoffenhaym – Volfsburq 1:2
Qol: Baumqartner, 42 – O.Kabak, 45+4-öz qapısına. Baku, 56.
Verder – Leypsiq 1:2
Qol: Qross, 57 – A.Silva, 13. Şlyager, 71.
Şalke – Bayern 0:2
Qol: Qnabri, 38. Şupo-Motinq, 52.
13 noyabr
Maynts – Ayntraxt 1:1
Qol: Burkardt, 40 – Muani, 67.
Frayburq – Union Berlin 4:1
Qol: Qrifo, 4-pen; 6; 20-pen. Qreqoriç, 45+1 – Miçel, 84-pen.


