Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 15-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Antalyaspor” doğma meydanda “Ankaragücü”nü, “Ümraniyəspor” isə “Başakşəhər”i sınağa çəkib. Hər iki oyunda qonaqlar qələbəni bayram edən tərəf olub.
Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə Super Liqası
15-ci tur
23 dekabr
Antalyaspor – Ankaragücü 0:2
Qol: Xese, 64. Sou, 90+11.
Ümraniyəspor – Başakşəhər 1:3
Qol: U.Nayir, 17 – Aleksiç, 2. S.Gürler, 57. Ndayişimiye, 90+3.
24 dekabr
14:30. Hatayspor – Girəsunspor
17:00. Kasımpaşa – Sivasspor
20:00. Trabzonspor – Fənərbaxça
25 dekabr
14:30. Adana Dəmirspor – Fatih Karagümrük
17:00. Qaziantep – Beşiktaş
17:00. Konyaspor – Alanyaspor
20:00. Qalatasaray – İstanbulspor


