Super Liqa: “Trabzonspor” “Fənərbaxça”nı məğlub yola saldı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 15-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Hatayspor” – “Girəsunspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Kasımpaşa” – “Sivasspor” matçında qonaqlar qalib gəliblər.

Turun mərkəzi oyunu isə son çempion “Trabzonspor”la lider “Fənərbaxça” arasında baş tutub. Bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Türkiyə Super Liqası
15-ci tur
23 dekabr

Antalyaspor – Ankaragücü 0:2
Qol: Xese, 64. Sou, 90+11.

Ümraniyəspor – Başakşəhər 1:3
Qol: U.Nayir, 17 – Aleksiç, 2. S.Gürler, 57. Ndayişimiye, 90+3.

24 dekabr

Hatayspor – Girəsunspor 1:1
Qol: B.Yıldırım, 75 – R.Bayiç, 87.

Kasımpaşa – Sivasspor 1:2
Qol: Ben Uanes, 39 – Saba, 14. Qradel, 65.

Trabzonspor – Fənərbaxça 2:0
Qol: M.Qomes, 61. Trezeqe, 90+11.

25 dekabr

14:30. Adana Dəmirspor – Fatih Karagümrük
17:00. Qaziantep – Beşiktaş
17:00. Konyaspor – Alanyaspor
20:00. Qalatasaray – İstanbulspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: