Super Liqa: “Qalatasaray” 662 gün sonra zirvədə!

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 15-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Konyaspor” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. Səfərdə “Qaziantep”lə qarşılaşan “Beşiktaş” xal itkisi ilə üzləşib. Üç qolun qeydə alındığı “Adana Dəmirspor” – “Fatih Karagümrük” matçında meydan sahibləri əzmkar qələbəyə seviniblər. “Qalatasaray” isə “İstanbulspor”u məğlub yola salıb. Nəticədə “sarı-qırmızılar” 662 gün sonra ilk dəfə Super Liqada liderliyi ələ keçirib.

15 turdan sonra zirvədəki “Qalatasaray”ın 30 xalı varsa, ikinci pillədəki “Fənərbaxça” 29 xal toplayıb. “Adana Dəmirspor”la “Başakşəhər”in 27, “Trabzonspor”un 26, “Konyaspor”un 25, “Beşiktaş”ın 23 xalı var.

Xatırladaq ki, bu, Super Liqada dünya çempionatına görə yaranmış fasilədən sonrakı ilk tur idi.

Türkiyə Super Liqası
15-ci tur
23 dekabr

Antalyaspor – Ankaragücü 0:2
Qol: Xese, 64. Sou, 90+11.

Ümraniyəspor – Başakşəhər 1:3
Qol: U.Nayir, 17 – Aleksiç, 2. S.Gürler, 57. Ndayişimiye, 90+3.

24 dekabr

Hatayspor – Girəsunspor 1:1
Qol: B.Yıldırım, 75 – R.Bayiç, 87.

Kasımpaşa – Sivasspor 1:2
Qol: Ben Uanes, 39 – Saba, 14. Qradel, 65.

Trabzonspor – Fənərbaxça 2:0
Qol: M.Qomes, 61. Trezeqe, 90+11.

25 dekabr

Adana Dəmirspor – Fatih Karagümrük 2:1
Qol: E.Akbaba, 11; 43 – Borini, 19.

Qaziantep – Beşiktaş 1:1
Qol: Fiqeyredo, 71 – Veqhorst, 86.

Konyaspor – Alanyaspor 2:2
Qol: Hadziahmetoviç, 22-pen; 90+11-pen – F.Bayır, 65. Koka, 78-pen.

Qalatasaray – İstanbulspor 2:1
Qol: B.Qomis, 15; 37 – M.Yeşil, 82.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: