Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 16-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Ankaragücü” – “Ümraniyəspor” matçında qonaqlar əzmkar qələbəyə seviniblər. “Başakşəhər” doğma meydanda “Antalyaspor”u 2 cavabsız qolla məğlub edib. “Fənərbaxça” isə “Hatayspor”la ev oyunundan darmadağınla ayrılıb.
Turun qalan oyunları 28 və 29 dekabrda keçiriləcək.
Türkiyə Super Liqası
16-cı tur
27 dekabr
Ankaragücü – Ümraniyəspor 1:2
Qol: G.Zahid, 2 – Avunu, 9; 55.
Başakşəhər – Antalyaspor 2:0
Qol: D.Türüç, 57. Aleksiç, 66.
Fənərbaxça – Hatayspor 4:0
Qol: Kinq, 20. Batşuayi, 26. S.Dursun, 86. Q.Enrike, 90+5.
28 dekabr
18:00. Alanyaspor – Kayserispor
18:00. İstanbulspor – Kasımpaşa
21:00. Fatih Karagümrük – Trabzonspor
29 dekabr
18:00. Girəsunspor – Qaziantep
18:00. Sivasspor – Qalatasaray
21:00. Beşiktaş – Adana Dəmirspor


