Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 16-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Girəsunspor” – “Qaziantep” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Sivasspor”la qarşılaşan “Qalatasaray” çətin qələbə sayəsində liderliyini qoruyub. İstanbul təmsilçisi 2022-ci ili zirvədə başa vurub. “Beşiktaş” isə doğma meydanda “Adana Dəmirspor”u minimal hesabla üstələyib.
Beləliklə, 16 turdan sonra 33 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 32 xalla ikincidirsə, üçüncü pillədəki “Başakşəhər”in 30 xalı var. “Adana Dəmirspor” 27 xalla dördüncüdür. “Beşiktaş”la “Trabzonspor”un isə 26 xalı var.
Türkiyə Super Liqası
16-cı tur
27 dekabr
Ankaragücü – Ümraniyəspor 1:2
Qol: G.Zahid, 2 – Avunu, 9; 55.
Başakşəhər – Antalyaspor 2:0
Qol: D.Türüç, 57. Aleksiç, 66.
Fənərbaxça – Hatayspor 4:0
Qol: Kinq, 20. Batşuayi, 26. S.Dursun, 86. Q.Enrike, 90+5.
28 dekabr
Alanyaspor – Kayserispor 3:1
Qol: Koka, 21. Y.Özdəmir, 36. E.Karaca, 72-pen – A.Karimi, 59.
İstanbulspor – Kasımpaşa 2:1
Qol: Ethemi, 29. E.Gültəkin, 78 – Petretta, 25.
Fatih Karagümrük – Trabzonspor 4:1
Qol: Ozdoyev, 6. Borini, 34. Riççi, 67. Kuassi, 87 – Bartra, 20.
29 dekabr
Girəsunspor – Qaziantep 2:1
Qol: Serjinyo, 24. Bayiç, 90+5 – Veliu, 51.
Sivasspor – Qalatasaray 1:2
Qol: E.Yeşilyurt, 80 – Mertens, 27. B.Yılmaz, 90+5.
Beşiktaş – Adana Dəmirspor 1:0
Qol: Masuaku, 14.


