Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” heyətini yeni oyunçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı Martins Junioru heyətinə cəlb edib.
Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Tam adı Alessandro Pinheyro Martins Junior olan yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Junior son olaraq Litvada “Babrunqas”ın formasını geyinib. O, bu ilin mart ayından sözügedən klubun uğurları üçün çalışırdı. 23 yaşlı futbolçu daha öncə “Moto Club MA, “Maranhao”, “Palmeyra”, ABC kimi klublarda da oynayıb.
Xatırladaq ki, “Kəpəz” Azərbaycan Premyer Liqasında mövsümün ilk iki dövrəsini 12 xalla 10 iştirakçı arasında 9-cu pillədə başa vurub.


