Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 14-cü tur çərçivəsində “Nassaji Mazandaran”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə rəqib meydanında qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:2.
14 turdan sonra 19 xala malik “Traktor” 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını yanvarın 5-də doğma meydanda “İstiqlal” komandasına qarşı keçirəcək.


