Super Liqa: “Fənərbaxça” əzmkar qələbəyə sevindi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Ümraniyəspor” – “Hatayspor” matçında qalib müəyyənləşməyib. Səfərdə “Antalyaspor”la qarşılaşan “Fənərbaxça” isə əzmkar qələbəyə sevinib.

Turun qalan qarşılaşmaları 4 və 5 yanvarda keçiriləcək.

Türkiyə Super Liqası
17-ci tur
3 yanvar

Ümraniyəspor – Hatayspor 2:2
Qol: Avunu, 39. U.Nayir, 67 – Əl-Kaabi, 24. Lobjanidze, 53.

Antalyaspor – Fənərbaxça 1:2
Qol: Rayt, 14 – Batşuayi, 55; 62.

4 yanvar

18:00. Kasımpaşa – Alanyaspor
18:00. Kayserispor – Fatih Karagümrük
21:00. Qalatasaray – Ankaragücü
21:00. Konyaspor – Sivasspor

5 yanvar

18:00. Qaziantep – Başakşəhər
21:00. Adana Dəmirspor – İstanbulspor
21:00. Trabzonspor – Girəsunspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: