Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 17-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“Qaziantep” – “Başakşəhər” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Adana Dəmirspor” doğma meydanda “İstanbulspor”u 6, “Trabzonspor” isə “Girəsunspor”u 3 cavabsız qolla məğlub edib.
Beləliklə, 17 turdan sonra 36 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 35 xalla ikinci, “Başakşəhər” 31 xalla üçüncüdür. “Adana Dəmirspor” 30, “Trabzonspor” 29, “Beşiktaş” isə 26 xal toplaya bilib.
Türkiyə Super Liqası
17-ci tur
3 yanvar
Ümraniyəspor – Hatayspor 2:2
Qol: Avunu, 39. U.Nayir, 67 – Əl-Kaabi, 24. Lobjanidze, 53.
Antalyaspor – Fənərbaxça 1:2
Qol: Rayt, 14 – Batşuayi, 55; 62.
4 yanvar
Kasımpaşa – Alanyaspor 4:1
Qol: Ben Uanes, 11. Fall, 32; 83. Eysserik, 67 – Koka, 90+1.
Kayserispor – Fatih Karagümrük 2:4
Qol: Mensa, 57. İ.Parlak, 72 – L.Mercan, 1. Diane, 12; 63. O.Şükürov, 47.
Qalatasaray – Ankaragücü 2:1
Qol: B.Yılmaz, 16. B.Qomis, 30 – T.Antalyalı, 7.
Konyaspor – Sivasspor 2:2
Qol: M.Dəmir, 22. Hacıahmetoviç, 56-pen – Qradel, 34-pen. Xarisis, 79.
5 yanvar
Qaziantep – Başakşəhər 1:1
Qol: Maksim, 90+7 – B.Özcan, 44.
Adana Dəmirspor – İstanbulspor 6:0
Qol: Belhanda, 29-pen. Y.Sarı, 49. Onyekuru, 55; 79. Ndiaye, 65. G.Töre, 82.
Trabzonspor – Girəsunspor 3:0
Qol: Bayiç, 30-öz qapısına. M.Qomes, 69. D.Haspolat, 75.


