Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Hatayspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Beşiktaş” – “Kasımpaşa” oyununda isə meydan sahibləri çətin qələbəyə seviniblər.
18-ci turun qalan qarşılaşmaları 8 və 9 yanvarda keçiriləcək.
Türkiyə Super Liqası
18-ci tur
7 yanvar
Hatayspor – Antalyaspor 0:0
Beşiktaş – Kasımpaşa 2:1
Qol: C.Tosun, 28. Veqhorst, 45+6 – A.Engin, 69.
8 yanvar
14:30. Fatih Karagümrük – Konyaspor
17:00. Ankaragücü – Kayserispor
17:00. Girəsunspor – Ümraniyəspor
20:00. Fənərbaxça – Qalatasaray
9 yanvar
18:00. Başakşəhər – Adana Dəmirspor
21:00. Alanyaspor – Trabzonspor
21:00. İstanbulspor – Qaziantep


