Fransanın “Nant” komandasının yarımmüdafiəçisi Abdul Kader Bamba Liqa 1 təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, elita təmsilçisi 28 yaşlı vingeri 2-ci liqada mübarizə aparan “Sent Etyen”ə icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransız futbolçu bu mövsümün sonuna kimi icarədə oynayacaq.
Abdul Kader Bamba 2018-ci ilin yayından “Nant”da çıxış edir. Sol cinah vingeri bu komandada 69 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, “Amyen” və “Le Man”da da çıxış edib.

Yeri gəlmişkən, “Sent Etyen” İngiltərənin “Everton” klubunda çıxış edən Nils Nkunkunu da icarəyə götürüb. 22 yaşlı sol cinah müdafiəçisi də bu mövsümün sonunadək icarədə oynayacaq.
Nils Nkunku Marsel “Olimpik”inin yetirməsidir. O, 2020-ci ilin iyulunda “Everton”a transfer olunub. Fransız futbolçu İngiltərə klubunun əsas komandasında cəmi 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Premyer Liqa təmsilçisi əvvəlki mövsümlərdə onu “Standard” (Lyej) və “Kardiff Siti”yə də icarəyə verib.



