İspaniya Super Kubokunun qalibi bəlli oldu – 14-cü zəfər!

Futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda “Real” və “Barselona” komandaları üz-üzə gəliblər.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunmuş İspaniya Super Kubokunda “Real” yarımfinalda “Valensiya”nı, “Barselona” isə “Betis”i mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi. Bu iki oyunun hər ikisində əsas vaxt bərabərlikə bitmiş, qalib penaltilər seriyasında müəyyənləşmişdi. Əzəli rəqiblər arasındakı həlledici oyunda isə qalib 90 dəqiqə ərzində müəyyənləşib. Kataloniya təmsilçisi paytaxt klubuna 3 cavabsız qol vursa da, madridlilər son anda buraxılan toplardan birinin əvəzini çıxa biliblər. Nəticədə “Barselona” tarixində 14-cü dəfə bu titula sahib çıxıb. Hansı ki, rekord da məhz bu komandaya məxsusdur. Kataloniyalıların ən yaxın izləyicisi də məhz “Real”dır – 12 Super Kubok! “Atletik”lə “Deportivo” 3, Madrid “Atletiko”su isə 2 dəfə İspaniya Super Kubokunun qalibi olub.

İspaniya Super Kuboku
Final
15 yanvar

Real – Barselona 1:3
Qol: Benzema, 90+3 – Qavi, 33. Levandovski, 45. Pedri, 69.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: