La Liqa: “Malyorka” “Selta”nı məğlub yola saldı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Malyorka” doğma meydanda “Selta” ilə üz-üzə gəlib. Meydan sahibləri ilk saatın tamamında vurduqları yeganə qol sayəsində vacib 3 xal qazanıblar.

Turun qalan oyunları 21, 22 və 23 yanvarda keçiriləcək.

İspaniya La Liqası
18-ci tur
20 yanvar

Malyorka – Selta 1:0
Qol: D.Rodriqes, 59.

21 yanvar

17:00. Rayo Valyekano – Real Sosyedad
19:15. Espanyol – Betis
21:30. Atletiko – Valyadolid
00:00. Sevilya – Kadis

22 yanvar

17:00. Vilyarreal – Jirona
19:15. Elçe – Osasuna
21:30. Barselona – Xetafe
00:00. Atletik – Real

23 yanvar

00:00. Valensiya – Almeriya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: