U-20 millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) Moldova və Yaponiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Millimiz sentyabrın 24-dən oktyabrın 6-na qədər Qəbələ şəhərində təlim-məşq toplanışının ikinci mərhələsini keçirəcək. Yığmamız hazırlıq zamanı oktyabrın 3-də Moldovanın (18:00), 6-da isə Yaponiyanın (16:00) müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyununda qarşılaşacaq.

U-20 millimizə dəvət edilmiş futbolçuların adlarını nəzərinizə çatdırırıq:

  1. Həbib Hüşənov (Qəbələ)
  2. Aftandil Arıxov (Sumqayıt)
  3. Ayxan Abbaszadə (İmişli)
  4. Uğur Qurbanlı (Qarabağ)
  5. Səttar Tahirzadə (Marcet, İspaniya)
  6. Murad Qurbanov (Zirə)
  7. Həzrət Səmədov (Sabah)
  8. Rəşad Alışov (Qarabağ)
  9. Vüsal Paşayev (Sumqayıt)
  10. Əhməd Tarverdiyev (Sabah)
  11. Nadir Orucov (Sumqayıt)
  12. Raul İsaqov (Kəpəz)
  13. Əliəkbər Rzazadə (Qarabağ)
  14. Pünhan Qasımzadə (Neftçi)
  15. Abduləziz Cabbarlı (Qarabağ)
  16. Anar Hüseynov (Sabah)
  17. Əli Qazibəyov (Qarabağ)
  18. Həsən Nəzərli (Keçiören Spor, Türkiyə)
  19. Əli Bəşirov (Qarabağ)
  20. Vüsal Kərimov (Neftçi)
  21. Ziya Şəkərxanov (Qəbələ)
  22. Əli İbrahim (Qarabağ)
  23. Şahnur İsmayılov (Kəpəz)
  24. Şahin İbrahimov (Sabah)
  25. Nihad Orucəli (Sumqayıt)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: