AFFA Luis Silvestri 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 6-cı turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 6-cı tur

“Turan Tovuz”– “Zirə” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 700 manat cərimə edilib.

“Sabah”– “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün əyalət komandası 700 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “İmişli”nin futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “İmişli” buna görə 10000 manat cərimə edilib.

“Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan”ın da 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 700 manat cərimə edilib.

“Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: