AFFA-dan Elxan Məmmədova sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 3-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 3-cü tur

“Karvan” – “Zaqatala” oyununun 6-cı dəqiqəsində “Zaqatala”nın futbolçusu Elxan Məmmədov xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyunluq cəza alıb. “Zaqatala” buna görə 1000 manat cərimə ödəyəcək.

“Mingəçevir” – “Gəncəbasar” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

“Baku Sportinq”– “Səbail” oyununun 21-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 900 manat cərimə edilib.

“Xankəndi”– MOİK oyununda “Xankəndi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: