Super Liqa: “Qalatasaray” çətin qələbə ilə liderliyini qorudu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Başakşəhər” matçında qonaqlar əzmkar qələbəyə seviniblər. Lider “Qalatasaray” isə “Antalyaspor”la ev oyunundan qalib ayrılıb.

Turun qalan oyunları 22 və 23 yanvarda keçiriləcək.

Türkiyə Super Liqası
20-ci tur
20 yanvar

Adana Dəmirspor – Girəsunspor 1:1
Qol: Ndiaye, 84 – Bayiç, 13-pen.

21 yanvar

Kasımpaşa – Başakşəhər 1:3
Qol: Y.Özcan, 16 – Aleksiç, 48. D.Türüc, 90+9. P.Şiş, 90+11.

Qalatasaray – Antalyaspor 2:1
Qol: İkardi, 49. Floranus, 59-öz qapısına – L.Adriano, 54.

22 yanvar

14:30. Qaziantep – Sivasspor
17:00. Alanyaspor – Fatih Karagümrük
17:00. Kayserispor – Beşiktaş
20:00. Trabzonspor – İstanbulspor

23 yanvar

21:00. Konyaspor – Ankaragücü
21:00. Ümraniyəspor – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: