Entso Fernandes 121 milyon avroya “Çelsi”də!

Futbol üzrə Argentina milli komandasının mərkəz yarımmüdafiəçisi Entso Fernandes İngiltərənin “Çelsi” klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyanın “Benfika” klubundan transfer olunmuş 22 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Zadəganlar” bu keçid üçün “Benfika”ya 121 milyon avro təzminat ödəyib.

Entso Fernandes “River Pleyt”in yetirməsidir. O, bu klubda oynadığı dönəmdə Argentinanın digər təmsilçisi “Defensa Xustisiya”da da icarədə olub. “Benfika” yarımmüdafiəçini 2022-ci ilin iyul ayında “River Pleyt”dən 44.25 milyon avro qarşılığında transfer etmişdi.

Gənc futbolçu ötən ildən Argentina milli komandasına da cəlb olunur. O, artıq yığmada 10 oyun keçirib, 1 qol vurub. Entso ötən ilin sonunda Qətərdə keçirilmiş DÇ-2022-də də iştirak edib və dünya çempionudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: