Super Liqa: “Beşiktaş” Sivasdan xalsız qayıtdı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Ankaragücü” doğma meydanda “Fatih Karagümrük” ilə oyundan məğlubiyyətlə ayrılıb. “Sivasspor” “Beşiktaş”ı, “Antalyaspor” isə “Qaziantep”i minimal hesabla məğlub edib.

Turun qalan görüşləri 5 və 6 fevralda baş tutacaq.

Türkiyə Super Liqası
23-cü tur
4 fevral

Ankaragücü – Fatih Karagümrük 0:2
Qol: Diaqne, 45+1. Borini, 65.

Sivasspor – Beşiktaş 1:0
Qol: Says, 23.

Antalyaspor – Qaziantep 1:0
Qol: Fredi, 29.

5 fevral

14:30. İstanbulspor – Alanyaspor
17:00. Hatayspor – Kasımpaşa
20:00. Qalatasaray – Trabzonspor

6 fevral

18:00. Ümraniyəspor – Adana Dəmirspor
21:00. Fənərbaxça – Konyaspor
21:00. Girəsunspor – Kayserispor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: