Florian Loşay “İstanbulspor”da

Futbol üzrə Kosovo milli komandasının və Polşanın “Krakoviya” klubunun yarımmüdafiəçisi Florian Loşayİstanbulspor”a transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Super Liqa təmsilçisi 26 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. İstanbul klubu azad agent statusuna malik futbolçu üçün “Krakoviya”ya təzminat ödəmək məcburiyyətində qalmayıb.

Florian Loşay Belçikanın “Genk” klubunun yetirməsidir. O, “Maastrixt”, “Roda”, “Politexnika Yaşi” kimi klublarda da forma geyinib. 2020-ci ilin yanvarından “Krakoviya”da çıxış edən yarımmüdafiəçi bu komandada 80 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə edib. O, Kosovo milli komandasında da 17 oyun keçirib.

“İstanbulspor” Bosniya və Herseqovinadan olan yarımmüdafiəçisi Aldin Çayiçlə də yollarını ayırıb. 30 yaşlı futbolçuya azad agent statusu verilib. 2017-ci ilin yayından bu klubda forma geyinən yarımmüdafiəçi İstanbul təmsilçisində 125 oyuna çıxıb, 27 qol və 7 məhsuldar ötürmə müəllifi olub. 2020/21 mövsümünü icarə əsasında “Tuzlaspor”da keçirmiş Çayiç, “Teplitse”, “Dukla” (Praqa) və “Elazığspor” kimi klublarda da oynayıb. O, Bosniya və Herseqovinanın aşağı yaş qrupları üzrə millilərində də forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: