Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 8-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçı “Mançester Yunayted”lə “Lids” komandaları arasında baş tutub.
“Qırmızı şeytanlar”ın meydanında baş tutan bu görüşdə qapılara dörd qol vurulub. Lakin yekunda komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.
Bu məhsuldar heç-heçədən sonra “Mançester Yunayted” 43 xalla üçüncü pillədə qərarlaşıb. “Lids” isə 19 xalla 16-cıdır.
İngiltərə Premyer Liqası
8-ci turun oyunu
8 fevral
Mançester Yunayted – Lids 2:2
Qol: Raşford, 62. Sanço, 70 – Qnonto, 1. Varan, 48-öz qapısına.


