Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 22-ci turu çərçivəsində baş tutan Köln “Fortuna”sı ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1 xalla kifayətlənib – 1:1.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 9 qol vurmuş 31 yaşlı forvard bu dəfə fərqlənə bilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


