Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 23-cü turdan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
“Fənərbaxça” doğma meydanda “Konyaspor”la qarşılaşıb. Bir müddət öncə Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini heyətinə qatmış Konya təmsilçisi səfərdə darmadağına üzülüb. Mahir bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Günün digər oyunu “Girəsunspor”la “Kayserispor” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar qalib gəliblər.
Hazırda 54 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 48 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 39, “Adana Dəmirspor”la “Trabzonspor”un 38, “Kayserispor”un 35, “Konyaspor”un 27, “Fatih Karagümrük”ün 26 xalı var.
Türkiyə Super Liqası
23-cü turun oyunları
25 fevral
Fənərbaxça – Konyaspor 4:0
Qol: Valensiya, 13-pen; 45+6. Kinq, 61. Salai, 78.
Girəsunspor – Kayserispor 1:2
Qol: Bayiç, 58 – Mane, 6. Tiam, 40.


