Federasiya Kubokunda 1/4 finala yüksələn ilk 4 klub bəlli oldu

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Lester Siti” doğma meydanda “Blekbern”ə məğlub olaraq mübarizəni dayandırıb. “Stok Siti”nin qonağı olan “Brayton” növbəti mərhələyə vəsiqəni tək qolla təmin edib. “Fulhem” “Lids” üzərindəki inamlı qələbə ilə arzusuna çatıb. “Mançester Siti” də “Bristol Siti” səddini darmadağınla keçib.

İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinin qalan dörd qarşılaşması sabah – martın 1-də keçiriləcək.

İngiltərə Federasiya Kuboku
1/8 final
28 fevral

Stok Siti – Brayton 0:1
Qol: Ferquson, 30.

Lester Siti – Blekbern 1:2
Qol: İheanaço, 67 – Dolan, 33. Şmodiç, 52.

Fulhem – Lids 2:0
Qol: Palinya, 21. Solomon, 56.

Bristol Siti – Mançester Siti 0:3
Qol: Foden, 7; 74. De Bruyne, 81.

1 mart

23:15. Sauthempton – Qrimsbi
23:30. Bernli – Flitbud
23:45. Mançester Yunayted – Vest Hem
23:55. Şeffild Yunayted – Tottenhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: