Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Lion “Olimpik”i doğma meydanda aşağı liqa təmsilçisi “Qrenobl” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Liqa 1 təmsilçisinin qələbəsiylə yekunlaşıb. Beləcə, Lion klubu ilk yarımfinalçı olub.
Fransa kubokunda 1/4 final mərhələsinin qalan üç oyunu bu gün – martın 1-də baş tutacaq.
Fransa kuboku
1/4 final
28 fevral
Olimpik (Lion) – Qrenobl 2:1
Qol: Barkola, 24. Jeffinyo, 38 – Sbai, 74.
1 mart
21:15. Nant – Lans
21:45. Tuluza – Rodez
00:00. Olimpik (Marsel) – Ansi


