Super Liqa: Çempion evdə uduzdu, “Fənərbaxça” səfərdə sevindi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 24-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Fatih Karagümrük” – “Sivasspor” matçı meydan sahiblərinin xeyrinə bitib. Son çempion, cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Trabzonspor” bu dəfə “Ümraniyəspor”la ev oyunundan məğlubiyyətlə ayrılıb. Səfərdə “Kayserispor”la qarşılaşan “Fənərbaxça” da turu qələbə ilə başa vurub.

Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə Super Liqası
24-cü tur
3 mart

Alanyaspor – Başakşəhər 1:0
Qol: E.Bekiroğlu, 54.

4 mart

Fatih Karagümrük – Sivasspor 4:3
Qol: Diane, 45+4; 53; 80. Ozdoyev, 69 – Kaysedo, 27. Xames, 90+1; 90+6.

Trabzonspor – Ümraniyəspor 1:2
Qol: Y.Yazıcı, 83 – Sekidika, 51. U.Nayir, 65.

Kayserispor – Fənərbaxça 1:2
Qol: A.Kocaman, 90+6 – E.Valensiya, 6. F.Kadıoğlu, 67.

5 mart

17:00. Konyaspor – Girəsunspor
20:00. Beşiktaş – Ankaragücü

6 mart

21:00. Kasımpaşa – Antalyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: