Super Liqa: “Beşiktaş”dan “Ankaragücü” üzərində çətin qələbə

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 24-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Azərbaycanlı futbolçu Mahir Emrelinin debütü ilə əlamətdar olan “Konyaspor” – “Girəsunspor” matçında hesab açılmayıb. Konya təmsilçisinin start heyətində meydana çıxan Mahir 58-ci dəqiqədə əvəzlənib.

“Beşiktaş” isə doğma meydanda “Ankaragücü” ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu matçda İstanbul təmsilçisi çətin qələbəyə sevinib.

Tura sabah keçiriləcək “Kasımpaşa” – “Antalyaspor” matçı ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
24-cü tur
3 mart

Alanyaspor – Başakşəhər 1:0
Qol: E.Bekiroğlu, 54.

4 mart

Fatih Karagümrük – Sivasspor 4:3
Qol: Diane, 45+4; 53; 80. Ozdoyev, 69 – Kaysedo, 27. Xames, 90+1; 90+6.

Trabzonspor – Ümraniyəspor 1:2
Qol: Y.Yazıcı, 83 – Sekidika, 51. U.Nayir, 65.

Kayserispor – Fənərbaxça 1:2
Qol: A.Kocaman, 90+6 – E.Valensiya, 6. F.Kadıoğlu, 67.

5 mart

Konyaspor – Girəsunspor 0:0

Beşiktaş – Ankaragücü 2:1
Qol: S.Uçan, 40. Abubakar, 55 – Sou, 53.

6 mart

21:00. Kasımpaşa – Antalyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: