Super Liqa: “Kasımpaşa” “Antalyaspor”u xalsız yola saldı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 24-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun son oyununda “Kasımpaşa” doğma meydanda “Antalyaspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Beləliklə, 24 turdan sonra 57 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 51 xalla ikinci, “Beşiktaş” 43 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 42, “Başakşəhər” 40, “Trabzonspor” 38, “Kayserispor” 35, “Fatih Karagümrük” 29, “Konyaspor” və “Alanyaspor” isə 28 xal toplayıblar.

Türkiyə Super Liqası
24-cü tur
3 mart

Alanyaspor – Başakşəhər 1:0
Qol: E.Bekiroğlu, 54.

4 mart

Fatih Karagümrük – Sivasspor 4:3
Qol: Diane, 45+4; 53; 80. Ozdoyev, 69 – Kaysedo, 27. Xames, 90+1; 90+6.

Trabzonspor – Ümraniyəspor 1:2
Qol: Y.Yazıcı, 83 – Sekidika, 51. U.Nayir, 65.

Kayserispor – Fənərbaxça 1:2
Qol: A.Kocaman, 90+6 – E.Valensiya, 6. F.Kadıoğlu, 67.

5 mart

Konyaspor – Girəsunspor 0:0

Beşiktaş – Ankaragücü 2:1
Qol: S.Uçan, 40. Abubakar, 55 – Sou, 53.

6 mart

Kasımpaşa – Antalyaspor 3:1
Qol: Şuyar, 22. Koyta, 39. Malsa, 60 – Fernando, 45-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: