AÇ-2023: Azərbaycan millisi son matçda 6 qola üzüldü

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində son matçına çıxıb. Arena.az xəbər verir ki, yığmamız qrup oyunlarının keçirildiyi Bosniya və Herseqovinadakı sonuncu – üçüncü sınağında Monteneqro millisi ilə üz-üzə gəlib.

Xatırladaq ki, milli komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlmişdi. İkinci turda isə Bosniya və Herseqovina seçməsi ilə oyunda oxşar hesabla məğlub olmuşduq. Monteneqro yığması isə ilk turda Bosniya və Herseqovinaya 2:4 hesabıyla uduzmuş, ardından Qazaxıstanı 13:0 hesabıyla yenmişdi.

Millimiz bu rəqibə qarşı keçirdiyi son oyunda 1:6 hesabıyla uduzub. Yeganə qolumuzu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Bu gün baş tutan qrupun digər oyununda isə Bosniya və Herseqovina millisi Qazaxıstanı 5:0 hesabıyla məğlub edib.

Beləliklə, Azərbaycan millisi AÇ-2023-ün seçmə mərhələsini 3 xalla 3-cü pillədə başa vurub.

AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup
28 mart

Monteneqro – Azərbaycan 6:1
Qollar: Maşa Tomaşeviç, 10; 61. Yana Merdoviç, 40. Tatyana Osmayiç, 54. Vlada Miloviç, 72. Tamara Miloviç, 76 – Ayşən Salamzadə, 34.
Baş hakim: Elena Qobyila (Moldova).
Baş hakimin köməkçiləri: Ana Çiobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).
“Etno Selo Stanişiçi” stadionu (Biyelina).

Monteneqro: 1. Jovana Zugiç, 19. Dunya Boyaniç, 18. Vladana Boriçiç, 5. Vlada Miloviç, 2. Slaviça Krstevska, 20. Elda Braliç (17. Tamara Miloviç, 46), 3. Jana Merdoviç, 11. Tatyana Osmajiç, 7. Katarina Çadenovic (k), 8. Larisa Durkoviç, 10. Maşa Tomaşeviç.
Ehtiyat oyunçular: 12. Teodora Yovetiç, 4. Tiyana Yankoviç, 6. Almedina Kalaç, 14. Amra Mehoviç, 16. Mia Vukçeviç, 21. Yelena Nikçeviç.
Baş məşqçi: Mirko Mariç.

Azərbaycan: 1. Mehriban Şahməmmədova, 16. Xanım Əsədova, 11. Ayşən Salamzadə, 17. Şəkər Piriyeva, 6. Aysu Murtuzayeva (8. Səma Həsənli, 90+3), 7. Pərişan Abdullayeva (15. Ülviyyə, İslamova, 69), 2. Məsumə Nəzərli, 3. Aydan Həsənova (k), 4.Lalə Abbaszadə, 14. Aydan Əkbərova, (5. Fatimə Əhmədova, 84), 10. Röya Əliyeva (18. Vahidə Əlipaşayeva, 46) / (19. Ləman Əliyeva, 90+3).
Ehtiyat oyunçular: 12. Güləsər İsmayılova, 9. Fatimə Məhərrəmli, 13. Firuzə Bayramova, 20. Bədriyyə Mövludova.
Baş məşqçi: Nərgiz Qurbanova.

Xal: Bosniya və Herseqovina – 9. Monteneqro – 6. Azərbaycan – 3. Qazaxıstan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: