Premyer Liqa: “Qarabağ” Şamaxıda tək qolla sevindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu ki, onlardan biri artıq başa çatıb.

Belə ki, günün ilk matçında lider “Qarabağ” səfərdə “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi bu oyunda 3 xalı tək qolla qazanıb.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub, “Kəpəz” “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. “Zirə” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib – 1:1. Turun son matçında “Sabah” “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
28-ci tur

2 aprel

“Şamaxı” – “Qarabağ” 0:1
Qol: E.Cəfərquliyev, 33.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 15:30.

Şamaxı: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 12. Əkpər Vəliyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov.
Baş məşqçi: Vüqar Əsgərli.
Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: