“Trabzonspor”u Türkiyə kubokunda yarımfinala buraxmadılar

Futbol üzrə Türkiyə kubokunda 2022/2023 mövsümünün 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçında Türkiyə Super Liqasının sonuncu qalibi olan “Trabzonspor” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan paytaxt təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsüm oynamayacağını açıqlayan “Qaziantep” kubokda da mübarizə aparmır. Bu üzdən də sözügedən komanda ilə qarşılaşmalı olan “Sivasspor” avtomatik olaraq yarımfinala yüksəlib.

Türkiyə kubokunda qalan iki yarımfinalçının adına qarşıdakı günlərdə baş tutacaq “Qalatasaray” – “Başakşəhər” və “Fənərbaxça” – “Kayserispor” matçlarında aydınlıq gələcək.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

21:30. Qalatasaray – Başakşəhər

6 aprel

21:30. Fənərbaxça – Kayserispor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: