Azərbaycan Premyer Liqasında 29-cu turun hakim təyinatları

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 29-cu turunun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun qarşılaşmaları 7-9 aprel aralığında keçiriləcək.

İlk oyun günündə baş tutacaq “Qəbələ” – “Zirə” matçını Tural Qurbanov idarə edəcək.

İkinci oyun gününə təsadüf edəcək “Səbail” – “Sabah” matçında İnqilab Məmmədov, “Sumqayıt” – “Neftçi” görüşündə isə Rauf Allahverdiyev söz sahibi olacaq.

Sonuncu oyun günündə keçiriləcək “Turan Tovuz” – “Şamaxı” matçı Rəvan Həmzəzadəyə tapşırılıb. “Qarabağ” – “Kəpəz” görüşünün baş hakimi isə Emin Əliyev olacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 28 turdan sonra 74 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 65 xalla ikinci, “Neftçi” isə 57 xalla üçüncü pilldə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
29-cu tur
7 aprel

“Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu, 17:00.

8 aprel

“Səbail” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASCO Arena”, 17:30.

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena”, 20:00.

9 aprel

“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: