“Fənərbaxça” darmadağınla yarımfinalda – Türkiyə kubokunda

Bu gün futbol üzrə Türkiyə kubokunda 2022/2023 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Günün yeganə matçında “Fənərbaxça” “Kayserispor”u qəbul edib. Beş qolun qeydə alındığı oyunda İstanbul təmsilçisi darmadağına imza ataraq yarımfinala yüksəlib.

Xatırladaq ki, daha öncə “Ankaragücü” və “Başakşəhər” komandaları da yarımfinala vəsiqə qazanmışdılar. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

Beləliklə, “Ankaragücü” yarımfinalda “Başakşəhər”lə üz-üzə gələcək. “Fənərbaxça” isə “Sivasspor”la qarşılaşacaq. Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək.

Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları 2-4 may aralığında keçiriləcək. Cavab oyunlarının tarixi hələ müəyyənləşməyib.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

Qalatasaray – Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.

6 aprel

Fənərbaxça – Kayserispor 4:1
Qol: E.Mor, 8; 42. S.Dursun, 58. A.Güler, 90 – D.Kolovetsios, 18.

Xəbəri sosial şəbəkələrdə paylaş: