Super Liqa: “Fənərbaxça” qalib gəldi, 11 oyunluq seriya bitdi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 28-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kayserispor” – “Ümraniyəspor” matçında meydan sahibləri qələbə qazanıblar. Turun son matçında isə “Fənərbaxça” “Fatih Karagümrük”ün qonağı olub. Hesabı meydan sahiblərinin açmasına baxmayaraq, “Fənərbaxça” yekunda əzmkar qələbə qazanmağı bacarıb. Bununla da italiyalı Andrea Pirlonun çalışdırdığı “Fatih Karagümrük”ün 11 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub.

Beləliklə, 28 turdan sonra Super Liqaya 63 xala malik “Qalatasaray” liderlik edir. “Fənərbaxça” 57 xalla ikinci, “Beşiktaş” 55 xalla üçüncüdür. “Adana Dəmirspor”la “Başakşəhər” 45, “Trabzonspor” və “Kayserispor” 44 xal toplayıblar. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin heyətində yer aldığı “Konyaspor” 36 xalla 8-ci pillədə qərarlaşıb. “Fatih Karagümrük” 34, “Kasımpaşa” 32, “Sivasspor” 31, “Antalyaspor”la “Alanyaspor” 29, “Ankaragücü” 28 xala malikdir.

Türkiyə Super Liqası
28-ci tur
7 aprel

Konyaspor – Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 – Rayt, 45.

8 aprel

Ankaragücü – İstanbulspor 3:2
Qol: Sou, 10; 53. Diak, 24 – K.Şen, 47. Eyenqa-Lokilo, 55.

Kasımpaşa – Trabzonspor 2:0
Qol: Şuyar, 29. Eysserik, 76.

9 aprel

Sivasspor – Başakşəhər 1:1
Qol: L.Duarte, 37-öz qapısına – P.Şiş, 61.

Beşiktaş – Girəsunspor 3:1
Qol: V.Abubakar, 39; 45+5. Redmond, 54 – R.Bayiç, 21.

10 aprel

Kayserispor – Ümraniyəspor 3:1
Qol: Tiam, 32-pen. Mensah, 54. K.Mane, 90+9 – U.Nayir, 45+1.

Fatih Karagümrük – Fənərbaxça 1:2
Qol: Ozdoyev, 24 – Zayç, 51. Salai, 78.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: