Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün təqvimi müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti mövsüm 2023-cü ilin 11 avqustunda start götürəcək. İlk turun oyunları 11, 12, 13 və 14 avqustda keçiriləcək. Mövsümə 2024-cü il mayın 19-da yekun vurulacaq.
Futbol Federasiyasından verilən məlumata görə, mövsümün belə erkən yekunlaşdırılması gələn il Almaniyada təşkil olunacaq Avropa çempionatı ilə bağlıdır. Növbəti mövsümlə bağlı digər planlamaların daha sonra elan olunacağı diqqətə çatdırılıb.


