Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 30-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “İstanbulspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib. “Kayserispor” – “Kasımpaşa” görüşü isə qolsuz yekunlaşıb.
Səfərdə “Başakşəhər”lə qarşılaşan “Fənərbaxça” son dəqiqələrdə vurduğu qollar sayəsində əzmkar qələbəyə sevinib. Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası “Konyaspor” isə evdə “Adana Dəmirspor”a məğlub olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 40-cı dəqiqədə məhz Mahir vurub.
30-cu tura sabah keçiriləcək “Ankaragücü” – “Girəsunspor” və “Sivasspor” – “Trabzonspor” oyunları ilə yekun vurulacaq.
Türkiyə Super Liqası
30-cu tur
18 aprel
Alanyaspor – Qalatasaray 1:4
Qol: E.Karaca, 17-pen – A.Bardakçı, 14. İkardi, 42. Mertens, 48. Raşitsa, 63.
Fatih Karagümrük – Ümraniyəspor 4:2
Qol: Lobjanidze, 45+1. Borini, 45+6-pen – U.Nayir, 36-pen.
19 aprel
İstanbulspor – Antalyaspor 3:3
Qol: E.Roca, 6. M.Ba, 45. O.Ergün, 55 – Fernando, 42. Rayt, 51; 88-pen.
Kayserispor – Kasımpaşa 0:0
Başakşəhər – Fənərbaxça 1:2
Qol: Alekşiç, 30 – J.Pedro, 88; 90+3.
Konyaspor – Adana Dəmirspor 1:2
Qol: M.Emreli, 40 – Ndiaye, 28; 56-pen.
20 aprel
18:00. Ankaragücü – Girəsunspor
21:30. Sivasspor – Trabzonspor


