Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 30-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Ankaragücü” – “Girəsunspor” matçında meydan sahibləri qələbəyə seviniblər. Son çempion “Trabzonspor” isə səfərdə “Sivasspor”a böyük hesabla uduzub.
Beləliklə, hazırda 69 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 63 xalla ikinci, “Beşiktaş” 59 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”un 54, “Başakşəhər”, “Trabzonspor” və “Kayserispor”un 45, “Fatih Karagümrük”ün 40, “Konyaspor”un 39, “Sivasspor”un 34, “Antalyaspor”la “Kasımpaşa”nın 33 xalı var. “Alanyaspor” 32, “Ankaragücü” 31, “İstanbulspor” 28, “Girəsunspor” 27 xal toplayıb. Mövsümün qalan hissəsindən imtina etmiş “Qaziantep”in 25, “Hatayspor”un 23 xalı var. “Ümraniyəspor” da 23 xala malikdir.
Türkiyə Super Liqası
30-cu tur
18 aprel
Alanyaspor – Qalatasaray 1:4
Qol: E.Karaca, 17-pen – A.Bardakçı, 14. İkardi, 42. Mertens, 48. Raşitsa, 63.
Fatih Karagümrük – Ümraniyəspor 4:2
Qol: Lobjanidze, 45+1. Borini, 45+6-pen – U.Nayir, 36-pen.
19 aprel
İstanbulspor – Antalyaspor 3:3
Qol: E.Roca, 6. M.Ba, 45. O.Ergün, 55 – Fernando, 42. Rayt, 51; 88-pen.
Kayserispor – Kasımpaşa 0:0
Başakşəhər – Fənərbaxça 1:2
Qol: Alekşiç, 30 – J.Pedro, 88; 90+3.
Konyaspor – Adana Dəmirspor 1:2
Qol: M.Emreli, 40 – Ndiaye, 28; 56-pen.
20 aprel
Ankaragücü – Girəsunspor 3:1
Qol: Sou, 54; 90+7. T.Antalyalı, 74 – Diak, 44-öz qapısına.
Sivasspor – Trabzonspor 4:1
Qol: Says, 27-pen; 58. E.Yeşilyurt, 37. Kaysedo, 90+4 – Markoviç, 11.


