Super Liqa: “Fənərbaxça” qələbəni son anda qaçırdı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 31-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç görüş baş tutub.

Altı qolun qeydə alındığı “Girəsunspor” – “Başakşəhər” matçında qonaqlar qələbə qazanıblar. Üç qolun vurulduğu “Antalyaspor” – “Sivasspor” görüşü də Sivas təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” isə doğma meydanda “İstanbulspor”la üz-üzə gəlib. İstanbul təmsilçilərinin məhsuldar alınan qarşılaşmasının yekununda heç-heçə qeydə alınıb.

Beləliklə, 31 turdan sonra 70 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 64 xalla ikinci, “Beşiktaş” 62 xalla üçüncü pillədə qərarlaşıb.

“Adana Dəmirspor”un 57, “Başakşəhər”in 48, “Trabzonspor” və “Kayserispor”un 45 xalı var. Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” 42 xal toplayıb. “Fatih Karagümrük”ün 41, “Sivasspor”un 37, “Alanyaspor”un 35, “Ankaragücü”nün 34, “Antalyaspor” və “Kasımpaşa”nın 33, “İstanbulspor”un 29, “Girəsunspor”un 27 xalı var.

Türkiyə Super Liqası
31-ci tur
22 aprel

Ümraniyəspor – Beşiktaş 0:2
Qol: Redmond, 25. Abubakar, 71.

23 aprel

Kasımpaşa – Konyaspor 1:2
Qol: Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.

Adana Dəmirspor – Kayserispor 5:3
Qol: Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.

Qalatasaray – Fatih Karagümrük 3:3
Qol: K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.

24 aprel

Girəsunspor – Başakşəhər 2:4
Qol: Sayns, 63; 90 – Yanuzay, 16; 35. Fiqeyredo, 25; 45+2.

Antalyaspor – Sivasspor 1:2
Qol: Larsson, 49 – Yatabare, 4. Qradel, 22.

Fənərbaxça – İstanbulspor 3:3
Qol: A.Güler, 25; 51. J.Pedro, 71 – Ethemi, 57-pen; 66. Eze, 90+6.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: