Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 33-cü turunun oyunları üçün hakim təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
33-cü turun matçları dörd gündə keçiriləcək. İlk oyun günündə baş tutacaq “Kəpəz” – “Sabah” oyununu Rəşad Əhmədov idarə edəcək.
“Şamaxı” – “Zirə” matçı Cavid Cəlilova tapşırılıb. “Turan Tovuz” – “Neftçi” matçında Kamal Umudlu söz sahibi olacaq. “Sumqayıt” – “Səbail” görüşünün baş hakimi isə İnqilab Məmmədov təyin edilib.
Turun son matçını – “Qarabağ”la “Qəbələ”nin görüşünü isə Rəvan Həmzəzadə idarə edəcək.
Azərbaycan Premyer Liqası
33-cü tur
5 may
“Kəpəz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 18:00.
6 may
“Şamaxı” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 16:30.
7 may
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:00.
“Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 19:00.
8 may
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “Azərsun Arena”, 20:00.


