A Seriyası: “Sampdoriya”nın elitanı tərk edəcəyi dəqiqləşdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 34-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Sassuolo” – “Bolonya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Empoli” – “Salernitana” matçında meydan sahibləri qələbə qazanıblar. “Udineze” isə doğma meydanda “Sampdoriya”ya 2 cavabsız qolla qalib gəlib. Ardıcıl üçüncü məğlubiyyətə üzülən “Sampdoriya”nın elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 17 xalla sonuncu pillədə qərarlaşmış sözügedən komanda qalan oyunlarında qələbə qazansa belə, elitadakı yerini qoruya bilməyəcək.

34 turdan sonra 83 xala malik “Napoli” vahid liderdir. Artıq çempionluğu təmin etmiş bu komandanı 66 xala malik “Yuventus” izləyir. “Latsio” 64 xalla üçüncü, “İnter” 63 xalla dördüncü, “Milan” 61 xalla beşincidir. “Atalanta” ilə “Roma”nın 58, “Fiorentina”, “Udineze”, “Bolonya”, “Torino” və “Montsa”nın 46, “Sassuolo”nun 44 xalı var.

İtaliya A Seriyası
34-cü tur
6 may

Milan – Latsio 2:0
Qol: Bennaser, 17. T.Hernandes, 29.

Roma – İnter 0:2
Qol: Dimarko, 33. Lukaku, 74.

Kremoneze – Spetsiya 2:0
Qol: Çiofani, 41. Vaskes, 77.

7 may

Atalanta – Yuventus 0:2
Qol: Junior, 56. Vlahoviç, 90+8.

Torino – Montsa 1:1
Qol: Sanabriya, 46 – Kaprari, 86.

Napoli – Fiorentina 1:0
Qol: Osimhen, 74-pen.

Leççe – Verona 0:1
Qol: Nqonqe, 71.

8 may

Empoli – Salernitana 2:1
Qol: Kambyaqi, 38. Kaputo, 63 – Pyontek, 85.

Udineze – Sampdoriya 2:0
Qol: Pereyra, 9. Masina, 34.

Sassuolo – Bolonya 1:1
Qol: Berardi, 15 – N.Dominqes, 42.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: