Super Liqa: “Trabzonspor”dan “Karagümrük”ə 4 qol

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 35-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

“Trabzonspor” doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Ötən mövsümün qalibi olmuş Trabzon təmsilçisi bu oyunda darmadağınla qalib gəlib. Baxmayaraq ki, sözügedən komanda bu il elə də uğurlu mövsüm keçirmir.

Beləliklə, 35 turdan sonra 79 xala malik “Qalatasaray” vahid liderdir. İki və üçüncü pillələrdə qərarlaşmış “Fənərbaxça” ilə “Beşiktaş”ın 74 xalı var. “Adana Dəmirspor” 63, “Başakşəhər” 53, “Trabzonspor” 51, “Konyaspor”la “Kayserispor” 49, “Fatih Karagümrük” 44, “Alanyaspor” 41, “Kasımpaşa” 40 xal toplayıb. “Ankaragücü”nün 39, “Antalyaspor”un 38, “Sivasspor”un 37, “İstanbulspor”un 35, “Girəsunspor”un 34, “Ümraniyəspor”un 27 xalı var. Məlum səbəblərdən bu mövsümün qalan hissəsində oynamaqdan imtina edən “Qaziantep” 25 xalla 18-ci, “Hatayspor” isə 23 xalla 19-cu pillədə qərarlaşıb.

Türkiyə, Super Liqa
35-ci tur
20 may

Kasımpaşa – İstanbulspor 1:0
Qol: Y.Özcan, 58.

Qalatasaray – Sivasspor 2:0
Qol: İkardi, 13; 63.

Kayserispor – Alanyaspor 0:4
Qol: E.Yardımcı, 9; 16. Kuluris, 65. Balkoveç, 90+3.

21 may

Ümraniyəspor – Ankaragücü 1:2
Qol: U.Nayir, 26 – Malkuit, 18. Milson, 71.

Adana Dəmirspor – Beşiktaş 1:4
Qol: Belhanda, 19 – V.Abubakar, 45+4; 90+5-pen. J.Fernandes, 46. C.Tosun, 72-pen.

Antalyaspor – Başakşəhər 0:0

22 may

Trabzonspor – Fatih Karagümrük 4:1
Qol: Bartra, 8. B.Şen, 20-öz qapısına. Trezeqe, 35; 51 – Diaqne, 14.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: